Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Türk Dünyası Həftəsinin Azərbaycanın TDT sədrliyi dövrünə təsadüf etməsinin rəmzi mənası var

2 dəq
Paylaş:
İlham Əliyev: Türk Dünyası Həftəsinin Azərbaycanın TDT sədrliyi dövrünə təsadüf etməsinin rəmzi mənası var

Birinci Türkoloji Qurultayın 100 yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Təşkilatına sədrliyi dövrünə etməsinin xüsusi rəmzi mənası vardır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətində qeyd olunub.

Prezident vurğulayıb ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12‑ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.

"Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır", - bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax