Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Əziz Əliyev dağıstanlıların deportasiyaya məruz qalmaması üçün çox iş görüb

2 dəq
Paylaş:
İlham Əliyev: Əziz Əliyev dağıstanlıların deportasiyaya məruz qalmaması üçün çox iş görüb

xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edərkən deyib.

qeyd edib ki, Dağıstan və dağıstanlılar üçün çətin vaxtlarda – Böyük Vətən müharibəsi illərində respublikaya başçılıq edən və Şimali Qafqazın başqa xalqlarından fərqli olaraq dağıstanlıların repressiyalara və deportasiyalara məruz qalmaması naminə çox iş görən babası Əziz Əliyevi xatırlamaya bilməz.

İlham Əliyev vurğulayıb ki, Əziz Əliyevin xatirəsi Dağıstanda çox əziz tutulur və onun inkişafa verdiyi töhfələr, ən əsası isə müharibənin çox çətin dövründə respublikaya rəhbərlik etməsi və xoş izlər qoyması, əlbəttə ki, nəvəsi olaraq onun üçün qürur mənbəyidir:

"Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var.

Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur".

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax