Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əliyev Japarovu təbrik etdi

2 dəq
Paylaş:
Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Sadır Nurqojoyeviç,

Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu gün Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi və genişmiqyaslı quruculuq sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qardaş ölkə olaraq Qırğızıstanın uğurlarına öz uğurumuz qədər sevinirik.

Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur. Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata keçirdiyim dövlət səfəri ölkələrimizin sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyinin olduğunu nümayiş etdirmiş, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoymuşdur.

Əminəm ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə