Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev: Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər

3 dəq
Paylaş:
İlham Əliyev: Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər

Almaniya şirkətləri qazının ixracı ilə bağlı 10 illik müqavilə bağlayıblar və ilkin həcm 1,5 milyard kubmetrdir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.

qeyd edib ki, Azərbaycan və Almaniya arasında ümumi ticarət dövriyyəsi ötən il 1,5 milyard dollar ətrafında olub və bunun böyük hissəsi Almaniyanın Azərbaycana olan ixracıdır:

"Bizim ixracımızın əsas hissəsi xam neftdir. Bir neçə yüz milyon dollar səviyyəsində Azərbaycan xam neft təchiz edir. Nə qədər lazımdır, o qədər təchiz edə bilər".

xatırladıb ki, bu ildən Azərbaycan Almaniyaya təbii qaz satmağa başlayıb:

"Ötən il ümumi qaz ixracımız 25 milyard kubmetr idi və onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilir".

Prezident bildirib ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə öz maliyyə dəstəyini dayandırıb və bu, əsas problemlərdən biridir.

qeyd edib ki, beləliklə, bu gün Avropanı qaz ilə təchiz edən infrastrukturu genişləndirmək üçün Azərbaycan başqa mənbələrdən kreditlər almalıdır.

"Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə, nəzərə alsaq ki, Yaxın Şərqdə böhran əfsuslar olsun ki, dərinləşir. Ənənəvi təchizat zəncirləri qırılıb. Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsulları ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərtilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda, Azərbaycan öz qaz ixracını Avropa məkanına, o cümlədən Almaniyaya böyük dərəcədə artıra bilər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax