Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Prezident hərbi xidmətə çağırış sərəncamı imzaladı

2 dəq
Paylaş:
Prezident hərbi xidmətə çağırış sərəncamı imzaladı

İlham Əliyev vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmuş və gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax