Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dağ çaylarında sel təhlükəsi: Xəbərdarlıq

1 dəq
Paylaş:
Dağ çaylarında sel təhlükəsi: Xəbərdarlıq

Bakıda və yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək yağış leysan xarakterli olacaq, şimşək çaxacaq.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin yaydığı növbəti xəbərdarlıqla gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var.

Qeyd olunub ki, iyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi çaylarında isə qısamüddətli daşqın və hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax