Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Məktəbli forması qaydaları qanunla təsdiqləndi: I oxunuşda qəbul edildi

2 dəq
Paylaş:
Məktəbli forması qaydaları qanunla təsdiqləndi: I oxunuşda qəbul edildi

dövlət ümumi müəssisələrində müəyyən edilmiş tələblərinə riayət olunmasının müstəvidə təsbitini ilk oxunuşda qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində yanaşma əsasında tətbiqini təmin etməkdir.

Sənəddə həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.

Bildirilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da möhkəmləndirilməsinə yönəlib.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax