Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tehranda yanacaq itkisi: 80 milyon litr yanacaq məhv olub

1 dəq
Paylaş:
Tehranda yanacaq itkisi: 80 milyon litr yanacaq məhv olub

Tehranda yanacaq itkiləri ilə bağlı açıqlama verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tehran valisi məlumat yayıb.

Bildirilib ki, bu ilin əvvəlində saxlama çənlərinin məhv edilməsi nəticəsində 80 milyon litrə qədər yanacaq itirilib.

Qeyd olunub ki, vali su, elektrik enerjisi, qaz və yanacaq istehlakının idarə olunmasında ictimaiyyətin fəal iştirakına çağırış edib.

Məlumata görə, o, nəqliyyatın azalması və ictimai nəqliyyatdan istifadənin artması nəticəsində yanacaq sərfiyyatının təxminən 50 faiz azaldığını bildirib.

Bildirilib ki, buna baxmayaraq, heç bir yanacaqdoldurma məntəqəsi bağlanmağa məcbur edilməyib.

Qeyd edilib ki, mövcud vəziyyətə nəzarət davam etdirilir və resursların səmərəli istifadəsi üçün tədbirlər görülür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax