Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda hava şəraiti mülayimləşdi: Faktiki vəziyyət

2 dəq
Paylaş:
Azərbaycanda hava şəraiti mülayimləşdi: Faktiki vəziyyət

Azərbaycanda şəraiti açıqlandı: fevralın 11-i axşam saatlarından etibarən ölkə ərazisində kəsilib və mülayimləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 12-si saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Neftçalada 14 mm, Beyləqanda 5 mm, Lənkəranda 4 mm təşkil edib. Mingəçevir, Yevlax, Kürdəmir, BalakənZaqatalada 3 mm, Göyçayda 2 mm alınıb.

Eyni zamanda Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad yarımadasının bəzi yerlərində yağıntı 1 mm olub.

Qar örtüyünün hündürlüyü ən çox Şahbuzda 49 smKəlbəcərdə 40 sm olaraq qeydə alınıb. LaçınQubadlıda 33 sm, Qaxda (Sarıbaş) 29 sm, Biləsuvarda 23 sm, Daşkəsəndə 19 sm, Şuşada 15 sm, Gədəbəydə 14 sm-ə çatıb.

Digər ərazilərdə qar örtüyü aşağıdakı kimidir: CəlilabadYardımlıda 10 sm, Xankəndidə 7 sm, AstaraAğdamda 6 sm, XocalıQubada 5 sm, İmişliŞəkidə (Kişçay) 4 sm, Lerikdə 3 sm, Füzulidə 2 sm, Qəbələ, QobustanXaltanda 1 sm.

Hazırda Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, GöyçayLerikdə duman müşahidə olunur. Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax