Cənubi Avstraliyanın Adelaida şəhəri yaxınlığında yerləşən "Parafield" hava limanında təyyarə qəzası qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə kiçikmühərrikli təyyarənin eniş etməyə çalışdığı zaman baş verib.
Yerli polisin məlumatına görə, hava gəmisi uçuş-enmə zolağının yaxınlığındakı anqara çırpılıb. Zərbənin gücündən obyektdə irimiqyaslı yanğın başlayıb. Təhlükəsizlik məqsədilə hava limanının ətrafı dərhal təxliyə edilib.
Hazırda bütün hava nəqliyyatı dayandırılıb və xilasedici qruplar alovun söndürülməsi istiqamətində işləri davam etdirirlər.
Rəsmilər ərazi sakinlərinə qapalı məkanlarda qalmağı və hadisə yerindən uzaq durmağı tövsiyə ediblər.