İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, rəsmi Tehran Ali Rəhbər Əli Xameneinin ölümünün qisasını almağı özünün müstəsna hüququ hesab edir.
“Operativ Məlumat Mərkəzi-OMM” agentliyi "Al Jazeera"ya istinadən xəbər verir ki, dövlət başçısı bu barədə xüsusi açıqlama yayıb.
"İran İslam Respublikası ədalətin və qisasın təmin edilməsini borc və qanuni haqq hesab edir, biz bu öhdəliyi yerinə yetirmək üçün bütün mümkün səyləri göstərəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, İran hakimiyyəti bazar gününə keçən gecə Xameneinin ölümünü rəsmən təsdiqləyib. Hadisəyə görə məsuliyyəti isə İsrailin Müdafiə Ordusu öz üzərinə götürüb.