Operativ Məlumat Mərkəzi

Pərviz Şahbazov Britaniyanın regional səfiri ilə “yaşıl enerji” üzrə əməkdaşlığı müzakirə edib

1 dəq
Paylaş:
Pərviz Şahbazov Britaniyanın regional səfiri ilə “yaşıl enerji” üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə nazir paylaşım edib.

"Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim üzrə regional səfiri David Moranla görüşdə, Cənub Qaz Dəhlizinin inkişafı, yaşıl enerji və enerji səmərəliliyi üzrə əməkdaşlığa dair səmərəli müzakirələrimiz oldu", - deyə paylaşımda bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər