Pəncərələri açıq idarə edərkən avtomobilin salonuna çirkli hava, digər avtomobillərdən çıxan zərərli qazlar və yoldan çıxan zəhərli toz hissəcikləri daxil olur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” “Avtodom” Şirkətlər Qrupunun ekspertlərinə istinadən məlumat yayıb.
Pəncərələri açıq şəkildə avtomobil idarə edərkən, nəqliyyat vasitəsinin salonunda sürücü və sərnişinlərin nəfəs ala biləcəyi görünməyən kir toplanır. Bu, onların sağlamlığına mənfi təsir göstərə bilir. Həmçinin tez-tez belə hallar olur ki, sürət səbəbindən yol zibilləri və ya digər avtomobillərin təkərləri altında təsadüfi əşyalar açıq pəncərələrə uçaraq insanların təhlükəsizliyinə təhdid yaradır.
Bundan əlavə, pəncərələr açıq olduqda avtomobilin aerodinamikası pisləşir ki, bu da yanacaq sərfiyyatının artmasına səbəb olur. Həmçinin, pəncərələr açıqdırsa, kondisionerdən istifadə etmək olmaz. Bu zaman toz və kir yığılır və kabinəyə daxil olur.