Əsas məzmuna keç

İrəvanda Paşinyanın istefasını tələb edən şəxslər saxlanılıb - YENİLƏNİB

İrəvanda Paşinyanın istefasını tələb edən şəxslər saxlanılıb - YENİLƏNİB

bu barədə “Sputnik Armenia” məlumat yayıb. Qeyd olunub ki, İrəvanda vətəndaş itaətsizliyi aksiyaları hələ davam edir. Etirazçılar Ermənistan hökumətinin...

Ermənistanın paytaxtı İrəvanda keçirilən aksiyalarda bu gün səhər 32 nəfər polis tərəfindən saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ Armenia” məlumat yayıb.

Qeyd olunub ki, İrəvanda vətəndaş itaətsizliyi aksiyaları hələ davam edir. Etirazçılar hökumətinin istefasını edirlər.

09:21***

“Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan sosial şəbəkələrdəki hesabında məlumat verib.

Qeyd edilir ki, istintaqın bununla bağlı vəsatəti tam təmin olunub.

Bundan əvvəl vəkil Akop Cahangiryan bildirib ki, Bazeyan sentyabrın 23-də axşam saatlarında öz mənzilində saxlanılıb. Milli Xidmətinin əməkdaşları onun evində axtarış aparıb, bəzi əşya və sənədləri götürüblər. Bundan sonra o, Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Daxili İşlər Nazirliyinin İrəvanın Erebuni rayonundakı təcridxanasına aparılıb. O, hakimiyyəti qəsb etmək cəhdində şübhəli bilinirdi.

Albert Bazeyanla birlikdə “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvü saxlanılıb.

Sentyabrın 24-də Ermənistan Milli Təhlükəsizlik hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 8 nəfəri saxladığını bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…