Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan Kremlin Zelenski ilə bağlı reaksiyasına cavab verdi

2 dəq
Paylaş:
Paşinyan Kremlin Zelenski ilə bağlı reaksiyasına cavab verdi

Ev sahibi olan ölkənin rəhbəri kimi düşünürəm ki, hər çıxışa reaksiya vermək və ya senzura tətbiq etməklə məşğul olmamalıyam.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Ermənistanın Nikol İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara münasibət bildirərkən deyib.

Paşinyan bildirib ki, bu cür platformalarda müxtəlif fikirlərin səsləndirilməsi normaldır: “Bu, çoxtərəfli platformadır və insanlar burada öz fikirlərini ifadə etməlidirlər”.

O xatırladıb ki, əvvəllər də belə hallar olub və buna görə reaksiya tələb etməyib.

“Mənim iştirak etdiyim vaxtlarda Rusiya Prezidenti Vladimir Putin də müxtəlif ölkələrə qarşı bəyanatlar verirdi, amma xatırlamıram ki, Rusiya mənim reaksiyamı gözləsin”, - Paşinyan əlavə edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Zelenskinin İrəvanda çıxışına etiraz edərək onun Rusiyaya qarşı “qəbuledilməz bəyanatlar” səsləndirdiyini bildirib və İrəvanın bu çıxışa kifayət qədər mənfi qiymət vermədiyini və bunun tərəfdaşlıq münasibətlərinə uyğun olmadığını bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax