Hazırda Ermənistanda Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim edilməsi ilə bağlı referendum keçirməyə ehtiyac yoxdur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz hazırda bunu referendumda səsverməyə çıxarmağı planlaşdırmırıq. Bu, yalnız obyektiv zərurət yarandığı zaman keçiriləcək”, - o deyib.
Paşinyan qeyd edib ki, bu məsələ “siyasi zövq deyil, transformasiya məsələsidir”.
O, həmçinin vurğulayıb ki, Ermənistan hələlik Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmır: “Ermənistan Aİİ-nin tamhüquqlu üzvüdür və tərəfdaşlara hörmətlə yanaşır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan hakimiyyətinin Avropa İttifaqına daxil olmaq üçün referendum keçirə biləcəyini deyib.