Pakistanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

Pakistanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
15.06.2023 11:16
Aa
dəq

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.

Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti Pakistanın Baş nazirinə, Pakistan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.

Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu