Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan Azərbaycanın iqlim qələbəsini yüksək qiymətləndirdi

2 dəq
Paylaş:
Pakistan Azərbaycanın iqlim qələbəsini yüksək qiymətləndirdi

Azərbaycanın 2026-cı ildə Ümumdünya Gününün keçirilməsində oynadığı rolu yüksək qiymətləndirir.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

"Ümumdünya Ətraf Mühit Günü münasibətilə Pakistan dayanıqlığının artırılması və davamlı inkişafa sadiqliyini bir daha təsdiqləyir. Biz Azərbaycanın Ümumdünya Ətraf Mühit Gününün keçirilməsindəki rolunu və bəşəriyyət qarşısında duran ən aktual problemlərdən biri üzrə dialoqa verdiyi töhfəni yüksək qiymətləndiririk. Biz birlikdə daha təmiz, təhlükəsiz və dayanıqlı gələcək naminə öhdəliklərimizi konkret addımlara çevirməliyik", - XİN-in məlumatında bildirilib.

Pakistan XİN həmçinin dünya ictimaiyyətini təmiz, təhlükəsiz və dayanıqlı gələcəyə nail olmaq naminə konkret addımların həyata keçirilməsi üçün öhdəliklər götürməyə çağırıb.

Xatırladaq ki, -nin Ətraf Mühit Proqramının (UNEP) xətti ilə 2026-cı il iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax