Özbəkistan - Azərbaycanın Türkiyədən sonra ikinci rəsmi müttəfiqi

Özbəkistan - Azərbaycanın Türkiyədən sonra ikinci rəsmi müttəfiqi
24.08.2024 12:00
Aa
dəq

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri Özbəkistan və Azərbaycan liderləri arasında yaxın dostluq münasibətlərinin olduğunun bariz nümunəsidir. Dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük imkanların olduğunu nəzərə alsaq, dövlət başçısının bu səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Son illər ərzində Azərbaycan və Özbəkistan prezidentləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini, beynəlxalq platformalarda birgə fəaliyyəti genişləndirmək istəyirlər. Hər iki ölkənin prezidentinin iqtisadi inkişaf istiqamətində siyasət yürütmələri dövlətlər üçün səmərəlidir. Qarşılıqlı faydalı əməkdaşlıq iqtisadi inkişafa və siyasi gücün artımına xidmət edir.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən politoloq Yusif Bağırzadənin sözlərinə görə, bu gün həm regional siyasətdə, həm də Cənubi Qafqazda aparıcı rola malik olan Azərbaycan Avrasiya məkanında Mərkəzi Asiya respublikaları ilə inteqrasiya proseslərini inkişaf etdirməkdə maraqlıdır:

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

“Özbəkistan isə bu mənada xüsusi əhəmiyyət daşıyan bir ölkədir. Belə ki, Özbəkistan Mərkəzi Asiyanın iqtisadi-siyasi baxımdan önəmli respublikasıdır. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Azərbaycanla Özbəkistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri günbəgün güclənməkdədir. Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə malik olan Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu səfər də münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir”. 

Politoloq deyir ki, bu gün Mərkəzi Asiya respublikalarının böyük iqtisadi və tranzit potensialı ilə yanaşı, siyasi proseslərdə də fəal rol almaq imkanları var. Uzaq Şərq, Cənub Şərqi Asiya və Çin ilə Avropa arasında yerləşən Mərkəzi Asiya respublikaları nəqliyyat və tranzit sahəsində olduqca əhəmiyyətli amilə çevrilib. Müasir dünyada baş verən silahlı münaqişələr bu regionun əhəmiyyətini daha da artırıb. Avropa qitəsi Mərkəzi Asiyanın təbii resurslarından istifadə etməklə iqtisadi problemlərini həll etməyə cəhd göstərir. Bu mənada Özbəkistan da müvafiq inteqrasiya yolunu seçib və bu istiqamətdə addımlar atır. 

Prezident İlham Əliyev: Özbəkistan yüksək siyasi nüfuza malik ölkəyə  çevrilib - AZƏRTAC

Əlavə edir, Azərbaycan-Özbəkistan əlaqələrinin yaxınlaşması heç də təsadüfi xarakter daşımır. Praqmatik siyasi xəttin tərəfdarı olan İlham Əliyev və Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, BMT kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Özbəkistan 44 Günlük Vətən Müharibəsindəki parlaq qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. 

“Özbəkistan həm də fəal surətdə azad Qarabağdakı quruculuq işlərinə qoşulub. 2023-cü ildə Prezident Şavkat Mirziyoyevin işğaldan azad olunan Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin açılışında iştirakı ölkələrimiz arasındakı dostluq və qardaşlığın rəmzinə çevrildi. Bu gün hər iki dövlət başçısı beynəlxalq səviyyədə iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün faydalı əməkdaşlıq edir. Özbəkistan təbii resurslarını məhz Transxəzər marşrutu vasitəsilə Azərbaycan üzərindən ixrac etmək niyyətindədir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın digər perspektivli sahəsi enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR və "Uzbekneftegaz" ASC Azərbaycan və Özbəkistanda neft yataqlarının birgə işlənməsi, neft-qaz sektorunda layihələrin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq edirlər”. 

Y.Bağırzadənin fikrincə, 2024-cü ilin mayında imzalanmış Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu bu sahədə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın göstəricisidir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Tam əminlikdə deyə bilərik ki, bu dəfə baş tutan növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.

Digər müsahibimiz politoloq Turan Rzayev isə deyir ki, İlham Əliyevin Özbəkistana səfəri gözlənilən idi və son illərdə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər inkişaf edir:

Rusiya Azərbaycana silah satırdı, Ermənistana isə hədiyyə edirdi" -  Politoloq

“Bu region bizə hər zaman doğma olub. Rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə münasibəti yaxşı olub və bu ölkələr ilə çoxşaxəli əlaqələrə malikik. Söhbət iqtisadi, siyasi, hərbi və diplomatik sahədə aparılan əməkdaşlıqlardan gedir. Azərbaycan Mərkəzi Asiyanın "parlayan ulduzu" adlandırılan Özbəkistan ilə münasibətlərə ciddi şəkildə fikir verir. Özbəkistanın yerləşdiyi strateji məkan olduqca vacibdir. Özbəkistanı açıq şəkildə Çinin "qapısı" hesab edə bilərik. Azərbaycanın Çin ilə də münasibətinin yaxşı olduğunu nəzərə alsaq deyə bilərik ki, Azərbaycan Özbəkistan ilə münasibətlərə dəyər verir. Bu səfər çərçivəsində yeni sazişlər imzalandı və Azərbaycan müttəfiqliyini daha da möhkəmləndirdi”.

T.Rzayev deyir ki, avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Diqqətçəkən əsas məqam isə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”sidir. Bu müqavilə ilə iki ölkə rəsmi səviyyədə müttəfiq oldu. Bundan başqa, Özbəkistan Azərbaycanın Türkiyədən sonra ikinci rəsmi müttəfiqi statusunu aldı.

“Prinsip etibarilə Özbəkistan-Azərbaycan münasibətləri son illərdə yüksək səviyyəyə çatmışdı. Yəni iki ölkənin müttəfiq olması an məsələsi idi. Nəticə etibarilə bu baş tutdu. Türkiyə və Özbəkistandan sonra üçüncü rəsmi müttəfiqimizin Qazaxıstan olması mümkündür. Astana-Bakı münasibətləri də yüksək səviyyədədir. Yəni Türkiyə və Özbəkistanın ardınca Qazaxıstan da Azərbaycanla müttəfiqlik haqqında saziş imzalaya bilər.Əslində, Şuşa Bəyannaməsi fonunda digər türk dövlətlərinin də Bakı ilə münasibətləri müttəfiqlik səviyyəsinə çatdıracağı bəlli idi. Düzdür, Qırğızıstan və Türkmənistanla bənzər müqavilənin imzalanması bir az vaxt apara bilər. Bununla belə gec-tez bu da baş tutacaq. Prosesin sonunda isə TDT-nin vahid xartiyasının imzalanması mümkün görünür. Yəni “Türk Respublikaları arasında müttəfiqlik münasibətləri haqqında müqavilə” imzalana bilər”, - deyə politoloq sonda bildirdi.

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi

Ən yeni tariximizin şanlı, parlaq səhifəsi
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacların qarşısı necə alınmalıdır?

Bakıda tıxacların qarşısı necə alınmalıdır?
DAVAMIN OXU davamın oxu

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA

Türk Dünyası Ortaq Əlifbası hansı hallarda istifadə ediləcək? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

DAVAMIN OXU davamın oxu

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi

Şvabenin anti-azərbaycan siyasəti - Rəzil diplomatın qərəzi
DAVAMIN OXU davamın oxu