Operativ Məlumat Mərkəzi

Dekabrda 246 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

1 dəq
Paylaş:
Dekabrda 246 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb
bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2024-cü ilin dekabr ayı üzrə yaydığı icmalda bildirilib. Qeyd edilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata...

2024-cü ilin dekabr ayında 246 kiloqram 496 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 833 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2024-cü ilin dekabr ayı üzrə yaydığı icmalda bildirilib.

Qeyd edilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 200 min 92 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, "Canik 55" tapançasına məxsus patronlar aşkar olunaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər