Operativ Məlumat Mərkəzi

Ötən həftə azad edilmiş ərazilərdə 277 mina aşkarlanıb

1 dəq
Paylaş:
Ötən həftə azad edilmiş ərazilərdə 277 mina aşkarlanıb
bu barədə qurumun “X” hesabında paylaşım edilib. Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147...

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.

Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 611,4 hektar ərazi minadan təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər