Operativ Məlumat Mərkəzi

Ötən ay azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

1 dəq
Paylaş:
Ötən ay azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq...

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, azad olunan ərazilərdə fevral ayı ərzində 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2 862,5 hektar ərazi minalardan təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər