Operativ Məlumat Mərkəzi

Rəsmi Roma: İtaliya Azərbaycana etibarlı tərəfdaş kimi baxır

1 dəq
Paylaş:
Rəsmi Roma: İtaliya Azərbaycana etibarlı tərəfdaş kimi baxır
bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə...

İtaliya Azərbaycana etibarlı tərəfdaş kimi baxır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında deyib.

“Azərbaycan bizim üçün özünü ilk növbədə neft-qaz təchizatçısı kimi özünü göstərir. Enerji məsələsi əlaqələrimizdə çox mühüm yer tutur. Biz həm də özümüzü mədəni sahədə də xalq olaraq Azərbaycana yaxın bilirik”, - Çirielli qeyd edib.

Nazir müavini deyib ki, İtaliya Azərbaycanın enerji mənbələrini diversifikasiyası ilə bağlı səylərini dəstəkləyir. O əlavə edib ki, ölkəsi Azərbaycana bu sahədə müəyyən məsləhətlər verməyə hazırdır.

Çirielli Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər