Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin rəsmi açılış mərasimi keçiriləcək

2 dəq
Paylaş:
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin rəsmi açılış mərasimi keçiriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi mərasimi iyunun 2-də baş tutacaq. Tədbir Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək və orada hər üç ölkənin – , və Gürcüstanın rəsmi nümayəndələri iştirak edəcəklər.

2017-ci ildən etibarən test rejimində istifadə olunan dəmir yolu xətti artıq rəsmi şəkildə istifadəyə veriləcək. Ümumi uzunluğu 827 kilometr olan magistralın 213 kilometrlik hissəsi ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin inşası Azərbaycan tərəfindən ayrılan 775 milyon ABŞ dolları məbləğində kredit hesabına maliyyələşdirilib və bu vəsaitin layihədən əldə olunacaq gəlirlər hesabına geri qaytarılması nəzərdə tutulur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatına görə, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək dəmir yolunda genişmiqyaslı modernləşdirmə işləri aparılıb. Layihənin uğurla yekunlaşması nəticəsində BTQ xəttinin illik qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax