Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

WUF13 iştirakçıları üçün nəqliyyat qaydaları açıqlandı

2 dəq
Paylaş:
WUF13 iştirakçıları üçün nəqliyyat qaydaları açıqlandı

WUF13 iştirakçıları üçün haqqında məlumat yayılıb.

WUF13 Şirkətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.

Bildirilib ki, metro və avtobuslarda ödəniş üçün “BakıKart”, dəmir yolu səfərləri üçün isə “ADY kart” istifadə edilir. Ödənişlər həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə də həyata keçirilə bilər:

"WUF13 məkanına ən yaxın “Koroğlu”dur. Metro hər gün saat 06:00-dan 00:00-dək, Abşeron dairəvi dəmiryol xətti üzrə qatarlar isə 06:30-dan 23:00-dək fəaliyyət göstərir. H1 ekspress marşrutu hava limanı ilə şəhər mərkəzi arasında 24 saat əlaqəsi təmin edir və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən keçir.

Şəhər üzrə səfərlərinizi daha rahat planlaşdırmaq üçün “BakıKart”, “ADY” və AYNA “MaaS” mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Tətbiqlər marşrut seçimləri, yaxın dayanacaqlar, real vaxt izləmə, balansın artırılması və ekoloji baxımdan daha uyğun səyahət imkanları barədə məlumat təqdim edir.

Əlilliyi olan şəxslər üçün “Əlçatan Metro” xidməti də mövcuddur. Bununla yanaşı, Bakı şəhərində taksi xidmətləri və təqribən 50 km uzunluğunda velosiped və skuter zolaqları iştirakçılar üçün əlavə hərəkət imkanları yaradır", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax