Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın Ermənistana ixrac etdiyi malların dəyəri açıqlandı

1 dəq
Paylaş:
Azərbaycanın Ermənistana ixrac etdiyi malların dəyəri açıqlandı

Bu ilin yanvar-iyul aylarında Ermənistana 17 milyon 372 min dolları dəyərində mal edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Gömrük Komitəsindən bildirilib.

7 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax