Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

2 dəq
Paylaş:
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il iyulun 1-nə 4 milyard 616,8 milyon ABŞ dolları etmiş xarici dövlət borcunun 86,4 %-i elə dollarda olub.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH ( Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 2,9 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,5 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan xarici borc məbləğinin 49,4 %-ni, sabit dərəcə ilə olanlar isə 50,6 %-ni təşkil edib.

Xarici dövlət borcunun 59,5 %-i 5 ilə qədər olan müddətdə, 34,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,6 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Mövcud kredit müqavilələri və üzrə geri qrafiklərinə uyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 4,8 il təşkil edir.

Xarici dövlət borcunun kreditorlar üzrə bölgüsü aşağıdakı kimidir:

Xarici dövlət borcunun icraçı qurumlar üzrə bölgüsü isə aşağıdakı kimidir:

Xarici dövlət borcunun 59,8 %-i çoxtərəfli maliyyə institutları üzrə, 30 %-i avrobondlar üzrə, 10,2 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax