Azərbaycanda musiqi və incəsənət məktəbləri üzrə attestasiyada ən zəif nəticə göstərən təhsil müəssisələrinin adları məlum olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirdiyi ictimai dinləmədə danışıb.
Onun sözlərinə görə, Sumqayıt Musiqi Kollecinin məzunları ən zəif nəticə göstəriblər. Bu kollecdən məzun olanların 287 nəfəri attestasiyada uğursuz olub.
Eyni zamanda, digər təhsil müəssisələrini bitirənlər arasında uğursuz nəticə göstərənlərin statistikası aşağıdakı kimidir:
- Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci: 170 nəfər
- Şuşa Musiqi Kolleci: 60 nəfər
- Bakı Musiqi Akademiyası: 33 nəfər
- Ağdam Musiqi Kolleci: 24 nəfər