İran Prezidenti Məsud Pezeşkian, Məcid ibn əl-Rzanı ölkənin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən şəxs kimi təyin edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verir.
Qeyd edək ki, əvvəllər İran XİN müdafiə naziri general-leytenant Əziz Nasırzadənin həlak olduğunu təsdiqləmişdi.
Ondan başqa, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant Məhəmməd Pakpur, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi və Müdafiə Şurasının katibi admiral Əli Şəmxani də həlak olublar.