Operativ Məlumat Mərkəzi

Nazir: "4Sİ texnologiyaları sahəsində qlobal tərəfdaşlıq Azərbaycanın ekosisteminə töhfədir"

1 dəq
Paylaş:
Nazir: "4Sİ texnologiyaları sahəsində qlobal tərəfdaşlıq Azərbaycanın ekosisteminə töhfədir"
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, Davos İqtisadi Forumu (World Economic Forum)...

Dördüncü Sənaye İnqilabı texnologiyaları (4Sİ texnologiyaları) sahəsində qlobal tərəfdaşlarla birgə fəaliyyətin təşviqi Azərbaycanın innovativ ekosisteminin inkişafına töhfələr verir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində "Coursera" şirkətinin baş icraçı direktoru Cef Maggionkalda ilə görüş keçirilib: "Şirkətlə əməkdaşlıq çərçivəsində Azərbaycanda reallaşdırılan "4Sİ Akademiyası" layihəsinin sürətli rəqəmsallaşma prosesinin əmək bazarına təsiri və potensial tərəfdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər