Operativ Məlumat Mərkəzi

Naxçıvanda vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlər olacaq

1 dəq
Paylaş:
Naxçıvanda vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlər olacaq
bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb....

Naxçıvan MR-da hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum İqtisadiyyat Nazirliyi, digər icraçı qurumlar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli Nazirlər Kabinetidir.

İlkin olaraq güzəşt tətbiq olunacaq fəaliyyət sahələrinin müəyyən edilməsi, daha sonra Vergilərdən azad olunma, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi, yekun olaraq isə özəl sektorun inkişafı planlaşdırılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər