Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Albaniyada keçirilməsi planlaşdırılan NATO sammiti təxirə salına bilər

2 dəq
Paylaş:
Albaniyada keçirilməsi planlaşdırılan NATO sammiti təxirə salına bilər

2027-ci ildə Albaniyada keçirilməsi sammitinin taleyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, tədbirin vaxtının dəyişdirilməsi və ya tamamilə ləğv olunması ehtimalları nəzərdən keçirilir.

Ekspertlər bildirirlər ki, bu qərara bir neçə təsir edə bilər. Əsas səbəblərdən biri Albaniyanın müdafiə xərclərinin bəzi NATO ölkələri ilə müqayisədə daha aşağı səviyyədə olmasıdır. Digər amil isə ABŞ Prezidenti Donald Trampın böyükmiqyaslı NATO tədbirləri zamanı və koordinasiya prosesində yaranan çətinliklərlə bağlıdır.

NATO-nun yüksək rütbəli rəsmisi Cüzeppe Kavo Draqone məsələ ilə bağlı açıqlamasında bildirib ki, sammitin Albaniyada keçirilməsi planı qüvvədə qalır. Lakin tədbirin 2027-ci ildə, yoxsa daha sonrakı tarixdə təşkil olunacağı hələ də müzakirə olunur.

Qeyd edək ki, NATO müttəfiqləri daha əvvəl Donald Trampın Ankarada keçirilən sammitə razılaşma əldə etmək məqsədi ilə qatılacağını gözləyirdilər. Lakin ABŞ lideri alyansın fəaliyyəti ilə bağlı daha sərt mövqe nümayiş etdirərək diqqət çəkmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax