Narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıb

Narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıb
18.09.2023 09:29
Aa
dəq

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Operativ Məlumat Mərkəzi-OMM"ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakinləri, əvvəllər də məhkum olunmuş Harun Layıcov, Zaur İslamov və Məhəmməd Cəyiyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı H.Layıcovun üzərindən aşkarlanan narkotik vasitəni Zaur İslamovdan, sonuncunun isə Məhəmməd Cəyiyevdən 200 manata aldığı və hissələrə bölərək ayrı-ayrı vaxtlarda ümumilikdə 400 manata satdığı müəyyən edilib.

Davam etdirilən tədbirlərlə M.Cəyiyevin yaşadığı ünvana da baxış keçirilib və oradan satış məqsədilə hazırladığı ümumilikdə 1 kiloqramdan marixuana aşkar olunaraq götürülüb. O, ifadəsində həmin narkotik vasitəni çöllük ərazidə becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu