Hazırda İraqda olan İran vətəndaşları kütləvi şəkildə ABŞ-nin Bağdaddakı səfirliyinə hücum ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, etirazçılar İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra Bağdad şəhərinin "Yaşıl zona"sına (şəhərin mərkəzi hissəsi, səfirliklər və xarici şirkətlərin olduğu ərazi) da hücum təşkil ediblər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində İranda bəzi yüksəkvəzifəli şəxslər öldürülüb. Onların arasında ölkənin Ali rəhbəri Əli Xameneinin də olduğu bildirilir.