Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Biləcəri stansiyasından Ermənistana 490 ton buğda yola düşdü

1 dəq
Paylaş:
Biləcəri stansiyasından Ermənistana 490 ton buğda yola düşdü

7 vaqondan , çəkisi 490 ton olan 15 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 414 ton antrasit (daş kömür növü) 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyə qədər Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton olan buğda tədarük olunacaq.

Qatar saat 15:00-da " Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə istiqamətində hərəkət edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax