Ankarada keçiriləcək NATO Zirvəsi üçün “TOGG” limuzinləri istifadə olunacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində nəqliyyat təminatı üçün yerli istehsal olan “TOGG” avtomobillərinə üstünlük verilib. Tədbir üçün “TOGG T10X” modeli əsasında 10 ədəd xüsusi limuzin hazırlanıb.
Bildirilir ki, qırmızı-ağ rənglərlə dizayn edilən və NATO üçün xüsusi şəkildə təchiz olunan bu avtomobillər 8 nəfərlik sərnişin tutumuna malikdir.
Qeyd olunur ki, həmin nəqliyyat vasitələri zirvə müddətində nümayəndə heyətlərinin və media nümayəndələrinin “ATO Congresium” ilə Prezident Külliyəsi arasında gediş-gəlişini təmin edəcək. Eyni zamanda protokol tədbirlərində də istifadəsi planlaşdırılır.
Məlumata əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da tədbir zamanı bu xüsusi “TOGG” limuzinindən istifadə edəcəyi gözlənilir. Tam elektrikli mühərrikə malik avtomobillərin tədbir ərazisində aşağı sürətlə hərəkət edəcəyi bildirilir.