"Liverpul"un sabiq hücumçusu Məhəmməd Salahın gələcək karyerası ilə bağlı yeni iddialar yayılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, insayder Yağız Sabuncuoğlunun məlumatına görə, 34 yaşlı misirli futbolçu Türkiyənin "Beşiktaş" klubuna keçməyə müsbət yanaşır.
Məlumata əsasən, Salahın İstanbul təmsilçisinə keçidi üçün əsas tələbi illik 15 milyon avro maaşdır. Hazırda tərəflər arasında danışıqların bu maliyyə şərti ətrafında davam etdiyi bildirilir.
Qeyd edək ki, Salah ötən mövsüm 41 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib. Bazar dəyəri 22 milyon avro qiymətləndirilən futbolçu 2017-2026-cı illərdə "Liverpul"un formasını geyinib. Hazırda azad agent statusunda olan hücumçunun gələcəyi yaxın günlərdə müəyyənləşə bilər.