Mingəçevirdə konfrans keçirilib

Mingəçevirdə konfrans keçirilib
24.04.2023 12:18
Aa
dəq

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 20-də Mingəçevir şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan verilən məlumata əsasən konfransda Mingəçevir şəhər, Yevlax, Ağdaş və Göyçay rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.

Daha sonra, tədbir iştirakçıları Mingəçevir şəhər Heydər Əliyev mərkəzində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olub.

Konfransın açılışında Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən  Mingəçevir şəhər prokuroru Qabil Səfərov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu mövzusunda çıxış edib.

Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlət quruculuğu sahəsində əvəzolunmaz fəaliyyəti mövzularında  çıxış edib.

Tədbirdə çıxış edən Ağdaş rayon prokuroru Anar Əliyev və Göyçay rayon prokuroru Ramin Hüseynov Ulu Öndər Heydər Əliyev həyat və fəaliyyətindən, həmçinin gənclərə olan qayğısından bəhz edən çıxışlar ediblər.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə hazırlanmış “Heydər Əliyev salnaməsi – Qanun naminə” adlı filmə baxıblar.

Sonda xatirə fotoşəkli çəkilib.

Həftənin ən çox oxunanları

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu

Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz

Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə Azərbaycan hərbçilərinin qəhrəmanlığından danışıb

İlham Əliyev Qarabağ Universitetinin tələbələri ilə görüşdə Azərbaycan hərbçilərinin qəhrəmanlığından danışıb
DAVAMIN OXU davamın oxu