Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclis İƏT-in enerji mərkəzi sazişini ratifikasiya etdi

2 dəq
Paylaş:
Milli Məclis İƏT-in enerji mərkəzi sazişini ratifikasiya etdi

Azərbaycanla İqtisadi Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə sazişini ratifikasiya edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə olunan " Respublikası Hökuməti ilə İqtisadi Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin əsas məqsədi qeyd olunan Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün imkanlar yaratmaq, o cümlədən Nizamnaməyə uyğun olaraq Mərkəzin heyət üzvlərinin işini asanlaşdırmaq və Mərkəz və ev sahibi ölkə arasında əsas münasibətləri tənzimləməkdir.

Qanun layihəsində vurğulanıb ki, saziş Mərkəzin, o cümlədən onun binasının və heyət üzvlərinin hüquqi statusunu, imtiyazlarını və immunitetlərini müəyyən edir.

Sazişin müddəalarına əsasən, Mərkəz hüquqi şəxs statusuna və bir sıra səlahiyyətlərə (müqavilələr bağlamaq, daşınmaz və daşınar əmlak əldə etmək, məhkəmələrə müraciət etmək və s) malikdir.

Bildirilib ki, sazişin digər müddəaları binanın yerləşdiyi yer (Bakı şəhəri), onun saxlanması xərcləri, kommunal xərclər, , sanitar tələblər, fövqəladə hallar zamanı hərəkətlər, binanın və arxivin toxunulmazlığı, əmlak, fond aktivlər, azadolmalar, heyətin immunitet və imtiyazları, yaşayış imkanları, viza və s. məsələləri tənzimləyir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax