Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclis deputatları Qazaxıstandakı seçkiləri müşahidə edəcək

2 dəq
Paylaş:
Milli Məclis deputatları Qazaxıstandakı seçkiləri müşahidə edəcək

Milli Məclisin bir qrup deputatı Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya keçiriləcək seçkiləri müşahidəçi qismində izləmək məqsədilə avqustun 20-də bu ölkəyə səfər edəcək.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Məclisin və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, Səbinə Salmanova Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA), Nəsib Məhəməliyev MDB İcraiyyə Komitəsinin, Gülşən Paşayeva ATƏT Assambleyasının (ATƏT PA), Günay Əfəndiyeva Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Hikmət Məmmədov isə TÜRKPA missiyasının tərkibində Almatı şəhərində seçki prosesini izləyəcəklər.

Səfər müddətində deputatlar seçki məntəqələrində yaradılmış şərait və hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermənin gedişatını və vətəndaşların fəallığını müşahidə edəcəklər.

Səfər avqustun 25-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax

Xəbəri sonuncu öyrənməyin

Aktual — pulsuz xəbər bildirişi

Yüklə