Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Paylaşımda Kəraçi şəhərində yerləşən ticarət mərkəzində baş verən yanğın nəticəsində günahsız insanların həyatını itirməsi və xəsarət alması dərin kədər hissi ilə qeyd olunub.
Azərbaycan tərəfi faciə qurbanlarının ailələrinə, eləcə də qardaş Pakistan xalqına və hökumətinə səmimi başsağlığı ifadə edib.