Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan XİN Çanaqqala şəhidlərinin xatirəsini andı

2 dəq
Paylaş:
Azərbaycan XİN Çanaqqala şəhidlərinin xatirəsini andı

Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında Çanaqqala şəhidlərinə dair paylaşım edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, paylaşımda deyilir:

"18 Mart – Çanaqqala Günüdür. Çanaqqala müharibəsində böyük şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun".

Qeyd edək ki, martın 18-i Birinci Dünya müharibəsinin ən qanlı hərbi əməliyyatlarından biri olan Çanaqqala döyüşlərinin anım günüdür. Bu gün tarixin ağrılı olduğu qədər də şərəfli günlərindən sayılan Çanaqqala Dəniz Zəfərindən 111 il keçir.

Hər il bu gün Türkiyədə Çanaqqala Dəniz Zəfəri18 Mart - Şəhidləri Anma Günü kimi yad edilir. Bu döyüşlərdə Osmanlı Ordusu 250 min şəhid versə də, Çanaqqala boğazının keçilməz olduğunu düşmənə sübut edib.

Aidə Qurbanlı

Jurnalist

Müasir media mühitində fəaliyyət göstərən jurnalistdir. O, əsasən aktual xəbərlər, ictimai-siyasi proseslər, texnologiya, rəqəmsal media və analitik məqalələr ü...

Bütün yazılar

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax