Operativ Məlumat Mərkəzi

Masallının 6 kəndinin enerji verilişində fasilə yaranacaq

1 dəq
Paylaş:
Masallının 6 kəndinin enerji verilişində fasilə yaranacaq
Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Azərişıq” ASC-dən məlumat verilib....

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ), Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq "Masallı" yarımstansiyasından qidalanan 35kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilə yaranacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər