Masallıda avtomobil hasara çırpılıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, 1989-cu il təvəllüdlü Rəşid Məmmədov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb.
Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.