Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Markus Reşford İtaliya klubuna keçə bilər: Transfer detalları

2 dəq
Paylaş:
Markus Reşford İtaliya klubuna keçə bilər: Transfer detalları

”in hücumçusu Reşfordun karyerasını İtaliya çempionatında davam etdirmək ehtimalı yaranıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, ingiltərəli futbolçu "qırmızı şeytanlar"ın planlarında mühüm rol oynaya bilər.

Bildirilib ki, "Mançester Yunayted" rəhbərliyi Reşforddan "Roma" ilə aparılan danışıqlarda istifadə etməyi nəzərdən keçirir. İngiltərə klubu fransalı yarımmüdafiəçi Manu Koneni heyətinə qatmaq istəyir və bu transferin bir hissəsi kimi Reşfordun Roma təmsilçisinə göndərilməsi variantı müzakirə olunur.

Məlumata görə, mümkün sövdələşmənin qarşısındakı əsas maneə futbolçunun yüksək maaşıdır. Hazırda Markus Reşfordun illik qazancı təxminən 11 milyon avro təşkil edir ki, bu da "Roma" üçün ciddi maliyyə yükü hesab olunur.

Qeyd edək ki, 2025/2026 mövsümünü icarə əsasında "Barselona"da keçirib. İngiltərəli Kataloniya klubunun heyətində 49 oyuna çıxaraq 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax