Belarus və İran prezidentləri Aleksandr Lukaşenko ilə Məsud Pezeşkian telefon danışığı zamanı Fars körfəzindəki vəziyyəti müzakirə ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Pezeşkian Fars körfəzi regionundakı cari vəziyyət, həmçinin Tehranın ABŞ ilə danışıqlardakı mövqeyi barədə Lukaşenkonu məlumatlandırıb.
Həmsöhbətlər qeyd ediblər ki, sülh razılaşmalarının əldə edilməsi üçün əsas maneə qarşılıqlı etimadın olmamasıdır.
Lukaşenko Belarusun münaqişənin tezliklə nizamlanmasında maraqlı olduğunu vurğulayıb. İran Prezidenti prinsipial və ardıcıl mövqeyinə görə ona təşəkkür edib.