Operativ Məlumat Mərkəzi

Lökbatanda 43 yaşlı kişi bıçaqlanıb

1 dəq
Paylaş:
Lökbatanda 43 yaşlı kişi bıçaqlanıb

“Lökbatan dairəsi”ndə 43 yaşlı kişi bıçaqlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM "ə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, fevralın 7-si gecə saat 1 radələrində Qaradağ rayonu ərazisindəki “Lökbatan dairəsi” adlanan yerdə naməlum şəxs xuliqanlıq zəminində Sahil qəsəbə sakini 1980-ci il təvəllüdlü Natiq Bafadar oğlu Süleymanova bıçaqla qarın və əl nahiyələrindən xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı xəstəxanaya yerləşdirilib, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Salyan rayon sakini 1976-cı il təvəllüdlü Zamin Oqtay oğlu Salayev saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır

Bu xəbəri paylaş

Oxşar xəbərlər