"Liverpul"un transfer hədəflərindən biri olan "Brayton"un vingeri Yankuba Minte ilə bağlı yeni məlumatlar yayılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "TEAMtalk" portalının məlumatına görə, Mersisayd təmsilçisi 21 yaşlı futbolçunun transferində maraqlıdır, lakin keçidin reallaşması asan görünmür.
Məlumata görə, "Brayton" rəhbərliyi futbolçu üçün yüksək məbləğ tələb edir. Klubun Qambiya millisinin üzvünün satışından təxminən 94 milyon avro gəlir əldə etməyi planlaşdırdığı bildirilir.
Bildirilib ki, "Brayton" bu qiyməti hazırkı transfer bazarında futbolçuların dəyərinin artması ilə əsaslandırır.
Qeyd edək ki, Yankuba Minte 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda iştirak edib. O, həmin qarşılaşmalarda 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Məlumata əsasən, futbolçunun "Brayton" ilə müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. "Transfermarkt" portalı onun bazar dəyərini 45 milyon avro qiymətləndirsə də, klubun tələb etdiyi məbləğ bu rəqəmdən təxminən iki dəfə çoxdur.