"Hizbullah" təşkilatının lideri Şeyx Naim Qasim bazar ertəsi verdiyi açıqlamada Livan və İsrail arasında birbaşa danışıqların əleyhinə olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" yerli "Al-Manar" telekanalına istinadən xəbər verir ki, Qasim Livan rəhbərliyinin bu qərarını sərt tənqid edərək, onların çox böyük bir səhvə yol verdiklərini vurğulayıb.