Lerikdə nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Lerikdə nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
28.07.2023 10:27
Aa
dəq

Lerikdə nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, daxil olan vətəndaş müraciəti əsasında Agentlik əməkdaşları Lerik rayonu, Nizami küçəsində fəaliyyət göstərən fiziki şəxs Bağırov Raqib Rəhim oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Mətbəxdə qida məhsullarının hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, döşəmə və divarların asan yuyula bilən materialla üzlənmədiyi, tullantı qablarının qapağının açıq şəkildə saxlanıldığı, qida məhsullarının hazırlanması üçün içməli su ilə təmin olunmadığı, temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin qoruyucu torla təmin olunmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi məlum olub.

Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Həftənin ən çox oxunanları

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu